İki ölkə Türkiyəyə silah satışını dayandırıb
Türkiyənin Suriyada keçirdiyi “Barıçş Pınarı” əməliyyatından sonra Avropanın iki ölkəsi rəsmi Ankaraya qarşı hərəkətə keçib.
BAKU.WS xəbər verir ki, Finlandiyadan sonra NATO üzvü Norveç də Türkiyəyə silah ixracatını təxirə salıb.
Norveçin xarici işlər naziri İne Eriksen Soreide AFP-yə bildirib ki, ölkəsi Türkiyəyə müdafiə və ya başqa məqsədlər üçün yeni ixrac tələblərinə cavab verməmək qərarı qəbul edib.
Qeyd edək ki, “Barış Pınarı” əməliyyatı ilə əlaqədar ABŞ-ın respublikaçı senatoru Lindsey Qraham və demokrat senator Kris Van Hollen Türkiyəyə sanksiyalar paketi tətbiq edilməsi məqsədilə Nümayəndələr Palatasına qanun layihəsi təqdim edəcək.
KARUSEL / DÜNYA
Tarix: 11-10-2019, 12:10