mobil versiya

Ərdoğan bu gün hökuməti toplayır


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclası keçiriləcək.
Musavat.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, toplantıda Türkiyə ordusunun Suriya və İraqın şimalında həyata keçirdiyi anti-terror əməliyyatları, o cümlədən ehtimal edilən quru əməliyyatları müzakirə ediləcək.
İclasda hicabla bağlı Konstitusiyaya dəyişiklik məsələsi də gündəmdə olacaq. Bununla bağlı referendumun keçirilməsi barədə məsləhətləşmələr də aparılacaq.
Bundan başqa, hökumətin infliyasiya ilə mübarizəsi də müzakirə olunacaq.

KARUSEL / SİYASƏT / DÜNYA
Tarix: 28-11-2022, 10:27