mobil versiya

Hərbi xidmətdə aldığı xəsarətlə əlaqədar əlilliyi olanlara birdəfəlik ödəmə verilib


1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin və onlardan vəfat edənlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatına bu il avqustun 2-də başlanılıb. Proqramın icrası işləri ilk gündən operativ və proaktiv təyinat mexanizmi, vətəndaş məmnunluğu prinsipi əsasında aparılıb.
Bu barədə işlərin əlaqələndirilməsi məqsədilə aidiyyəti qurumların rəhbər şəxslərindən ibarət olmaqla yaradılmış Komissiyanın iclasında bildirilib.
Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən icra olunan yeni sosial dəstək proqramı dövlətimizin başçısının müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara xüsusi qayğısının növbəti təzahürüdür.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fərmana əsasən yaradılmış Komissiyada təmsil olunan qurumlar tərəfindən proqramın icrası, müvafiq siyahıların təqdim edilməsi, eləcə də dürüstləşdirilməsi istiqamətində birgə, əlaqəli şəraitdə müsbət iş təcrübəsi formalaşdığı qeyd edilib və bu, proqramın öz hədəflərinə doğru məqsədəuyğun icrası üçün vacib amil olub.
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş 16 min 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib, həmin ödənişlər üçün 105,7 milyon manat vəsait yönəldilib.
Birdəfəlik ödəmələrin operativ şəkildə və e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülməsi, bu barədə çevik və ətraflı məlumatlandırılmaları, daxil olan müraciətlərin dərhal qeydə alınaraq icra üçün yönləndirilməsi və sair təmin edilib və həmin proses vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.
İclasda proqramın icrası sahəsində görülən işlər müzakirə olunub.

KARUSEL / SOSİAL
Tarix: 14-12-2022, 13:12