“Mən xalqdan biriyəm” - Fuad Nəcəfli
“Mən xalqdan biriyəm”. “Report”un xəbərinə görə, bu fikirləri “Real TV”yə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
F.Nəcəfli bildirib ki, onun Naxçıvandakı gəzintisi planlanmış şəkildə olmayıb: “Bu zaman əhalidən yaxınlaşanlar oldu. Onlarla danışdıq, görüşdük. Mən xalqdan biriyəm və ona görə bu, adi bir axşam gəzintisi idi”.
“Xalqın istəklərinin ən ədalətli şəkildə həll olunması qarşımızda qoyulan əsas tələbdir ki, bu da olacaq”, - o vurğulayıb.
KARUSEL / ÖLKƏ
Tarix: 27-12-2022, 15:47