mobil versiya

Almaniyada irqçilərin 8 ayda törətdiyi cinayətlərin sayı – 12 493



Almaniyada radikal sağçılar (iqrçilər -red) tərəfindən törədilən cinayətlərin yeni statistikası açıqlanıb.


AzEuroNews.com  xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bu ilin son 8 ayında ölkədə radikal sağçılar tərəfindən törədilən cinayətlərin 12 493 olduğu açıqlanıb. 

Nazirlikdən bildirilib ki, bu cinayətlərin 542-sində şiddət qeydə alınıb və nəticədə 250 nəfər yaralanıb. 

Eyni zamanda polisdə 3 686 radikal sağçı barədə cinayət işi açılıb. Onlardan 40-ı həbs edilib. 

KARUSEL / DÜNYA
Tarix: 18-10-2019, 11:45