Ağsu dolayları hərəkət üçün tam bağlanmayıb - BDYPİ
Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı Yevlax yolunun Ağsu dolayları ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına münasibət bildirib.
İdarənin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, Ağsu dolaylarında hərəkət tam məhdudlaşdırılmayıb.
"Həmin əraziyə qar güclü yağır, qarın təmizlənməsi üçün əraziyə ağır texnikalar cəlb edilib. Həmin texnikaların qarı təmizləməsi üçün yolda avtomobillərin hərəkəti 10-15 dəqiqəlik məhdudlaşdırılır. 10-15 dəqiqədən sonra isə yolda hərəkət yenidən bərpa edilir.
Bununla yanaşı, həmin yolda olan postlarda avtomobillər saxlanılır, onlar maarifləndirilir, avtomobillərin şinləri və əyləc sistemi yoxlanılır, mövsümi şinləri olan və əyləc sistemi yaxşı işləyən avtomobillərin Ağsu dolaylarından istifadəsinə icazə verilir. Əks halda, nasaz avtomobillər alternativ olaraq İsmayıllı-Qaraməryəm yoluna yönəldilir",-R. Tağıyev deyib.
Şöbə müdiri bi ldirib ki, bununla yanaşı, sərnişin avtomobilləri və yük maşınlarının Ağsu dolaylarına buraxılması qadağan edilib: "Bu isə sərnişinlərin təhlükəsizliyi ilə əlaqədardır. Həmin avtomobillər İsmayıllı-Qaraməryəm yoluna yönəldilirlər.
Ümumiyyətlə, sürücülərdən xahiş edirik ki, bu günlərdə kəskin hava şəraiti ilə əlaqədar zərurət olmadığı hallarda şəxsi avtomobillərdən istifadə etməsinlər. Əgər zərurət yaranırsa, o halda mövsimi şinləri olan və əyləc sistemi saz avtomobillərdən istifadə etsinlər". (Trend).
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-01-2023, 15:21