mobil versiya

Azərbaycan İsrailə səfir təyin etdi



Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. Bundan başqa Belçikada Avropa kollecini, Prezident yanında Dövlət idarəçiliyi Akademiyasını bitirib.
2005-2013-cü illərdə XİN-də işləyib. 2009-2013-cü illərdə Azərbaycanın Belçikada səfiri olub.
2013-cü ildə təhsil sektoruna təyinat alıb. Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi, Aparat rəhbəri vəzifəsində çalışıb. Ötən ilin aprelindən nazir müavini təyin edilib.
İsraillə elm və təhsil sahəsində əməkdaşlıq layihələrini kurasiya edib.
Rus,ingilis və türk dillərini bilir.


KARUSEL / SİYASƏT
Tarix: 11-01-2023, 15:02