mobil versiya

Saytlara 20 özəl xəbər tələbi normaldır - Əhməd İsmayılov



Media subyektlərinə reyestrə düşmək üçün 20 özəl xəbər tələbi məsələsi çox müzakirə olunur.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
O qeyd edib ki, 20 xəbər tələbi 20 yeni xəbər demək deyil: “Bizə subyekt müraciət edir və görürük ki, ayda sayta bir dənə material qoyur. Buna biz necə media deyək?! Bu tələb qoyulanda geniş müzakirə aparılmışdı. Hesab edirəm ki, lentinizdə özünüzə aid minimum 20 xəbər olmalıdır. Türkiyədə bu tələb daha yüksəkdir. Təbii ki, dəyişiklik ola bilər. Lakin hələlik, 20 tələb yaxşıdır”.



KARUSEL / CƏMİYYƏT
Tarix: 12-01-2023, 13:52