mobil versiya

Məşhur aktrisa Cina Lollobricida vəfat edib



Məşhur italiyalı aktrisa Cina Lollobricida vəfat edib.

Aktrisa 95 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Luicina kinoda epizodik rolları ilə 1946-cı ildə debüt edib. 1947-ci ildə Miss İtaliya gözəllik müsabiqəsində üçüncü yeri tutub.
1950-1951-ci illərdə isə ardıcıl üç italyan filmində baş rollarda çəkilib. Aktrisaya dünya şöhrətini gətirən film isə fransız kinorejissoru Kristian-Jakın “Fanfan Lalə” filmindəki gözəl Adeline obrazı olub.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 16-01-2023, 16:43