Sərdar Berdımuhammedov atasını toxunulmaz elan etdi
Türkmənistan prezidenti Sərdar Berdımuhammedov atasının, sabiq prezident Qurbanqulu Berdımuhammedovun toxunulmazılığı haqqında qanun imzalayıb.
“Türkmən xalqının milli Lideri” haqqında qanuna əsasən Qurbanqulu və onun ailə üzvləri toxunulmazlıq hüququ qazanır. Onun mal-mülkü də toxunulmaz sayılır. Sabiq prezidentə dövlət himayəsini almaq hüququ verilib. Dövlət onu bütün zəruri şeylərlə – mənzil, maşın, rabitə, tibbi xidmət və s. təmin etməlidir.
Türkmən xalqının lideri həmçinin xalq hakimiyyətinin ən yüksək orqanı olan Xalq məsləhətinə başçılıq edəcək.
KARUSEL / DÜNYA
Tarix: 23-01-2023, 17:47