mobil versiya

Azərbaycana dəstəyimiz həmişə olduğu kimi davam edəcək - Türkiyə XİN



Bu səhər Azərbaycanın Tehran səfirliyinə silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Keçmişdə də bənzər hücumlara məruz qalan Türkiyə, Azərbaycan xalqının ağrısını dərindən anlayır və bölüşür. Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir.
Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, fasiləsiz olaraq davam edəcək", - deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

KARUSEL / GÜNDƏM
Tarix: 27-01-2023, 12:13