mobil versiya

Məscidə “Molotov kokteyli” atıldı – FOTO



Almaniyada Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) aid məscidə “Molotov kokteyli” atılıb. AzEuroNews.com  xəbər verir ki, hadisə Almaniyanın Dortmund şəhərində yerləşən“Ulu came”də qeydə alınıb. 

Belə ki, gecə saatlarında kimliyi bilinməyən şəxs və ya şəxslər məscidin pəncərəsini qıraraq içəri “Molotov kokteyli” atıblar. Nəticədə camenin divarlarında yanıq izləri meydana gəlib. 


Məscid rəhbərliyi dərhal polisə məlumat verib. 

Eyni zamanda hücumu qınayan bəyanat yayıb. Bəyanatda deyilir ki, təxminən 50 min türkün və 40-a yaxın QHT məscidə olan hücumu qınayır və bundan narahat olduqlarını ifadə edirlər. Məscid rəhbərliyi qorxu və gərginlik yaratmaq məqəsdi ilə edilən hücumu təşkil edib həyata keçirənlərin dərhal tapılaraq qanunla cəzalandırılmasını tələb edib. 

KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 21-10-2019, 18:08