Daxili işlər naziri Cəlilabadda vətəndaşlarla görüşəcək
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 16-da Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad şəhər və rayonlarının sakinləri ilə görüşəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı fevralın 15-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
KARUSEL / CƏMİYYƏT
Tarix: 31-01-2023, 17:19