mobil versiya

Messi vurduğu qol sayına görə Ronaldonu ötdü



Messi Fransa çempionatındakı “PSJ”- “Monpele” oyununda 3 qoldan birini vurmaqla qələbəyə öz töhfəsni verib. 

Bununla da Messi qol sayına görə, rəqibi Kriştianu Ronaldonu ötüb keçə bilib. İndi Messinin hesabında 697, Ronaldonun 696 qol var.
Bu nəticə üçün Messiyə 835 oyunda top qovmaq lazım gəlib. Ronaldo isə 696 qolu 919 oyunda vurub.
Klub səviyyəsində Ronaldo 701 top vurub, bununla o Messidən öndədir.
O, 700-cü qolunu “Everton”un qapısına, 701-ci topu isə “Şerif”ə vurub.

KARUSEL / İDMAN
Tarix: 3-02-2023, 14:26