mobil versiya

Messi: "Vaxt gəldi və dedim: "Nəhayət"



PSJ-nin futbolçusu Lionel Messi Argentina millisinin 2021-ci ildə Amerika Kubokunun finalında Braziliyaya 1:0 hesablı qalib gəlməsini xatırlayıb.
Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu deyib:
“Mən buna inana bilməmişdim. O anı necə izah edəcəyimi bilmirəm. Mənim məqsədlərimdən biri o kuboku qazanmaq idi.
Mənim üçün milli ilə nəsə qazanmaq vacib idi. Hiss edirdim ki, özümü milliyə həsr edə bilməməyimə, uduzulmuş finallara görə narahat qalmamağıma görə bunu etməliyəm. Sonra vaxt gəldi və dedim: “Nəhayət”.
Xatırladaq ki, Messi qazanılan "Qızıl top"ların sayına görə rekordçudur. Argentinalı bu forvard mükafatı 7 dəfə qazanıb.

İDMAN
Tarix: 9-10-2022, 14:05