Hatayda zəlzələdə dağılan binanın podratçısı xaricə qaçarkən yaxalandı
Hatayda zəlzələdə dağılan “Renesans Residence”in podratçısı Mehmet Yaşar Coşkunun pulla İstanbul Hava Limanından xaricə qaçmağa çalışdığı bildirilib.
Xəbərd[spoiler][/spoiler]arlıq əsasında hərəkətə keçən polis bu gün Coşkunun İstanbul hava limanından çıxmasının qarşısını alıb.
Qaziosmanpaşa Prokurorluğunun əmri ilə tutulan Coşkun nəzarətə alınaraq polis bölməsinə aparılıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 19 388-ə, yaralıların sayı isə 77 711 nəfərə çatıb.
KARUSEL / DÜNYA
Tarix: 10-02-2023, 19:29