mobil versiya

“Qarabağ” barədə çox şey bilmirəm” - “Gent”in futbolçusu:



“Qarabağ” barədə çox şey bilmirəm”.
Bunu Belçikanın “Gent” klubunun futbolçusu Maykl Nqadye-Nqadjyui UEFA-nın rəsmi saytına açıqlamasında UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.
Kamerun millisinin 33 yaşlı mərkəz müdafiəçisi Azərbaycan klubunun topla oynamaq bacarığının yüksək olduğunu söyləyib: “Bilirəm ki, “Qarabağ” hər il avrokuboklarda oynamağa öyrəşmiş komandadır. Onların çox yaxşı futbolçuları var. Əvvəlki matçlarından 2-3 maraqlı videotəkrara baxmağı bacardım. Çox sayda braziliyalıları var və topla yaxşı rəftar edirlər”.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də start götürəcək.
(Report)
KARUSEL / İDMAN
Tarix: 15-02-2023, 12:11