mobil versiya

“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində müqaviləsi imzalanıb



“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində “Qobustan rayonu Qurbançı Kəndində İçməli Su Sisteminin Quraşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalandı

15 fevral  2023-cü il tarixində Yaponiyanın Azərbaycandakı səfiri Vada və benefisiar təşkilat qismində çıxış edən Qobustan Rayonu Qurbançı Bələdiyyəsi arasında “Qobustan rayonu Qurbançı Kəndində İçməli Su Sisteminin Quraşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalanmışdır.  

Bu layihənin əsas məqsədi Qobustan Rayonu Qurbançı və Ərəbşahverdi kəndlərində su hovuzu (60 ton), su nasosu, transformator, su borusu (6,600 metr), 5 bulaq (tap-stand) ilə təmin olunmuş su sistemini inşa edərək, mövcud olan 200 tonluq su hovuzunun təmir edilməsidir. Bu layihənin icrası nəticəsində kəndlərin su sisteminin vəziyyətinin yaxşılaşdırılması ilə yerli əhalinin gündəlik həyat və gigiyenik şəraitinin yaxşılaşdırılmasına nail olmaq nəzərdə tutulur. Bu layihənin icra olunması üçün Yaponiya höküməti 90,000 ABŞ dolları (təqribən 152,100 AZN) məbləğində qrant ayırmışdır.  

Bu gün imzalanmış müqavilə də daxil olmaqla Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 284 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi qrant məbləği 23,890,000 ABŞ dollarını (39,500,000 AZN) keçir.  

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu günədək səhiyyə, ictimai sağlamlıq, təhsil, kənd təsərrüfatı sahəsinin inkişafına yardım prioritet xarakter daşımışdır.  Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür.

KARUSEL / CƏMİYYƏT
Tarix: 15-02-2023, 17:48