"Yenidənqurma işlərinə ən azı 100 milyard dollar lazımdır”- Eyüp Muhçu
Türkiyədə zəlzələ zamanı zədələnmiş evlərin bərpası 100 milyard dollara başa gələ bilər.
Bunu Türkiyə Memarlar və Mühəndislər Palataları Birliyinin rəhbəri Eyüp Muhçu deyib.
O ehtimal edir ki, təbii fəlakət bölgəsində yenidənqurma işlərinə ən azı 100 milyard dollar vəsait ayırmaq lazım gələcək.
Mütəxəssislər hələ də dağıntının miqyası ilə bağlı dəqiq məlumatlara malik deyillər. Bu da xərclərlə bağlı konkret rəqəm açıqlamağı çətinləşdirir.
KARUSEL / DÜNYA
Tarix: 17-02-2023, 18:42