Şimali Koreya 3 ballistik raket buraxdı
Şimali Koreya bazar ertəsi ballistik raketlərin üç buraxılışını həyata keçirib.
Bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilib ki, raketlərin düşmə sahəsi dəqiqləşdirilməyib. Eyni zamanda, NHK telekanalı mənbələrə istinadla raketlərin Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşdüyünü qeyd edib.
Fevralın 18-də Pxenyan Yapon dənizi istiqamətində “Hvason-15” qitələrarası ballistik raketi də buraxıb.
Tokio Şimali Koreyanın raket buraxılışı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının çağırılmasını tələb edib.
Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida bildirib.
“Şimali Koreya qitələrarası sinifli ballistik raket buraxdıqdan sonra bu gün ballistik raketlər buraxdı. Buna görə də biz BMT Təhlükəsizlik Şurasından fövqəladə iclas tələb edirik”, – deyə Baş nazir qeyd edib.
Daha əvvəl BMT Baş katibi Antonio Quterreş Şimali Koreyanın növbəti raket buraxılışını pisləyib və Pxenyanı təxribat xarakterli addımlardan çəkinməyə çağırıb.
KARUSEL / DÜNYA
Tarix: 20-02-2023, 09:58