“Azərbaycanın çox mürəkkəb qonşuları var” –İngiltərənin dövlət naziri
“Azərbaycan və Böyük Britaniya arasında münasibətlər çox əladır, yüksək səviyyədədir. Bizim Azərbaycanla uzunmüddətli əlaqələrimiz var. Xüsusilə də neft-qaz sahəsində əlaqələrimizi qeyd edərdim”.
Bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti jurnalistlərə açıqlamasında bildirib.
“BP Azərbaycanda ən böyük xarici investordur. Uzun illər ərzində bu sahədə çox uğurlu əməkdaşlığımız olub. Lakin təbii ki, münasibətlərimiz yalnız bu sahəni əhatə etmir, digər sahələri qeyd edə bilərəm. Məsələn, təhsil, bərpaolunan enerji, digər biznes sahələri, inşaat və s. Bu gün Azərbaycanda bu sahədə fəaliyyət göstərən Britaniya şirkətində oldum. Bizim münasibətlərimiz çox vacib və uğurludur. Biz Britaniya olaraq etiraf edirik ki, Azərbaycanın geostrateji baxımdan çox vacib rolu var. Azərbaycan Avropanı enerji ilə təchiz edir. Azərbaycan İran və Rusiyanın arasında yerləşir, onun çox mürəkkəb qonşuları var, lakin çox məsuliyyətlə hərəkət edir. Biz Azərbaycanla mövcud münasibətlərimizi çox yüksək dəyərləndiririk. Azərbaycan çox dəyərli və etibarlı tərəfdaşımızdır”, – nazir qeyd edib.
KARUSEL / SİYASƏT
Tarix: 22-02-2023, 18:39