Allahşükür Paşazadə ABŞ-a gedib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşüb. QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Isa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə 28 fevral – 4 mart tarixlərində ABŞ-ın Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olaraq.
İdarədən verilən məlumata görə, səfər proqramında Yuta Senatının prezidenti Stüart Adams, Yuta ştatının vitse-qubernatoru Diedre Henderson, Isa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbərləri, G20 Dinlərarası Forum qrupu, habelə Xədicə Məscidində müsəlman İcması, Kol Ami sinaqoqunda Yəhudi İcması və Azərbaycan diasporasının üzvləri ilə görüşlər nəzərdə tutulub.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Brigham Young Universitetini ziyarət edəcək, burada müəlim heyəti və “Eksperimental Dinlərarası Dialoq” auditoriyasının tələbələri qarşısında mühazirə ilə çıxış edəcəklər. Həmçinin, Yuta Beynəlxalq Hüquq və Dini Araşdırmalar Mərkəzində, Yuta Ştatı Dünya Ticarət Mərkəzində, Yuta Ştatının Katital Konfrans Mərkəzində, Isa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin Humanitar Mərkəzində də görüşlər olacaq
Azərbaycan nümayəndə heyəti tərkibində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycandakı Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete səfərdə iştirak edirlər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-02-2023, 12:44