mobil versiya

Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub



Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub.
"Report"un əldə etdiyi məlumata görə, şagirdlər Bakı Anadolu Liseyinə və Bakı Atatürk Liseyinə yerləşdirilib.
Şagirdlər bir neçə gündür həmin liseylərdə təhsil alırlar.
Məlumatı Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel "Report"a təsdiqləyib. O bildirib ki, zəlzələ bölgəsindən şagirdlərin Bakıdakı liseylərə təhsilə cəlb edilməsi prosesi davam edəcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-02-2023, 14:48