mobil versiya

Malatyadakı zəlzələdə 2 nəfər ölüb



Malatyada dünən baş verən 5,6 bal gücündə zəlzələdə ölənlərin sayı 2-yə yüksəlib.
AFAD-ın verdiyi son açıqlamada zəlzələdə 140 nəfərin yaralandığı bildirilir. Xəsarət alanlardan 40-nın müalicəsi davam etdirilir, 12 nəfərin vəziyyəti ağırdır.
Məlumata görə, dağılmış 29 binanın altında qalan 32 vətəndaş xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb.
Xatırladaq ki, dünən episentri Malatya Yeşilyurtda 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ 6,96 km dərinlikdə baş verib.
Zəlzələ Malatya ilə yanaşı Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.

KARUSEL / DÜNYA
Tarix: 28-02-2023, 12:39