BMT Baş Assmableyasının prezidenti Azərbaycana gəlib
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib. Qonağı energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki Nümayəndəliyinin rəhbəri Yaşar Əliyev qarşılayıb.