Əfqanıstanda 28,3 milyon insanın humanitar yardıma ciddi ehtiyacı var
"Əfqanıstanın ümumi gəliri son 18 ayda 35 faiz azalıb və 700 minə yaxın insan işini itirib".
Bunu Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov mətbuat konfransında bildirib.
Əlavə edib ki, əhalinin 65 faizinin humanitar yardıma ehtiyacı var və Əfqanıstanda milyonlarla insan fəlakətli aclıq ərəfəsindədir.
Əsas ərzaq məhsullarının qiyməti 30 faiz artıb və adi insanların gəlirinin dörddə üçü yalnız ərzağa gedir. Bundan başqa, hazırda Əfqanıstanda 28,3 milyon insanın humanitar yardıma ciddi ehtiyacı var, altı milyon insan isə aclıq həddindədir.
Cənab Ələkbərov 2022-ci ildə baş verən daşqınlar və zəlzələlər kimi təbii fəlakətləri Əfqanıstanda kifayət qədər görünməmiş hadisə kimi xarakterizə edib və təbii fəlakətlərin 2023-cü ildə də insanlara mənfi təsir göstərə biləcəyini bildirib.
BMT dəfələrlə zəngin ölkələri səxavətlə ianə verməyə və bu təşkilata bütün dünyada ehtiyacı olan insanlar üçün həyat qurtaran xidmətlər təklif etməyə kömək etməyə çağırıb.
KARUSEL / DÜNYA
Tarix: 2-03-2023, 19:12