Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48,5 min nəfərə yaxınlaşıb

Bu barədə məlumat Türkiyənin daxili işlər naziri Süleyman Soylu tərəfindən açıqlanıb.
Onun sözlərinə görə, həyatını itirənlərin 6 min 660 nəfəri xarici ölkə vətəndaşıdır. Təbii fəlakət zonasında dağıntıların təmizlənməsi işləri davam edir.
Qeyd edək ki, fevralın 6-da baş vermiş Kahramanmaraş zəlzələsi Türkiyənin 10 vilayətində böyük dağıntılara səbəb olub. Zəlzələdən sonra regionda 20 mindən çox afterşok qeydə alınıb.
KARUSEL / DÜNYA
Tarix: 13-03-2023, 14:51