Ramazan ayının 3-cü gününün imsak, iftar və namaz vaxtları
Sabah Ramazan ayının üçüncü günüdür.
Martın 25-i üçün namaz vaxtları:
Sübh azanı 05:16
Günorta azanı 12:47
İkindi (Əsr) azanı 17:09
Axşam azanı 19:11
Yatsı (İşa) azanı 20:13
Üçüncü günün imsak vaxtı üçün duasını təqdim edirik:
“Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”.
Tərcüməsi: “İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!”
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.
Allah orucunuzu qəbul eləsin!
AzPolitika.info
KARUSEL / CƏMİYYƏT
Tarix: 24-03-2023, 21:14