mobil versiya

Bəşşar Əsədin iki qohumu atışmada ölüb


Suriyadakı rejimin başçısı Bəşşar Əsədin əmisi oğlu Arua Diba atışmada öldürülüb.
“Report” xəbər verir ki, məlumatı “Abu Ali Express” yayıb.
Bildirilib ki, atışma zamanı Bəşşar Əsədin daha bir qohumu Anur Xarun əl-Əsəd də öldürülüb.
Onların narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları bildirilib.
Məlumata görə, Səudiyyə Ərəbistanına göndərilərkən ələ keçirilən kaptaqon sintetik narktoik maddənin pullarının bölünməsi zamanı mübahisə yaranıb.
Bildirilib ki, bu, cinayətkar qruplar arasında atışmaya səbəb olub.
Arua Diba Suriyanın şimal-qərbində yerləşən Latakiya əyalətinin yaxınlığındakı Kardaha bölgəsində ələvilərin təhlükəsizliyi üzrə məsul şəxsdir.
Suriyanın rəsmi KİV-i hadisə ilə bağlı məlumat verməyib.

KARUSEL / DÜNYA
Tarix: 17-04-2023, 16:34