mobil versiya

Havadan peyvəndləmə ilə quduzluqla mübarizədə irəliləyiş əldə etmək mümkündür


Havadan peyvəndləmə ilə quduzluqla mübarizədə irəliləyiş əldə etmək mümkündür
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli AQTA, Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə bu gün Bakıda keçirilən tədbir zamanı deyib.
O qeyd edib ki, regionda vəhşi təbiətin əsas problemlərindən biri də quduzluq xəstəliyidir.
"İlk dəfə aviasiyadan istifadə etməklə quduzluq əleyhinə peyvəndləmə aparılıb. Gürcüstanla sərhəd ərazilərdə aldadıcı yemlərdən istifadə etməklə vəhşi heyvanların peyvəndlənməsinə nail olunub. Hesab edirəm ki, bununla da problemlə mübarizədə irəliləyiş əldə etmək mümkündür”, - deyə Q.Təhməzli əlavə edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 25-04-2023, 10:29