mobil versiya

İbtidai siniflər üçün mayın 1-dən bir həftəlik tətil başlayır



Azərbaycanın orta məktəblərində mayın 1-dən etibarən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.
Tətil mayın 5-dək davam edəcək.
Mayın 6-sı şənbə, mayın 7-si isə bazar gününə təsadüf etdiyindən ibtidailər ardıcıl 7 gün evdə olacaqlar. İbtidai siniflər üçün mayın 8-i dərs günüdür.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

KARUSEL / ÖLKƏ
Tarix: 27-04-2023, 11:07