mobil versiya

Papa Rusiya və Ukraynanı hücumu dayandırmağa çağırıb



Roma Papası Fransisk Ukrayna və Rusiyanı hücum cəhdlərindən əl çəkməyə çağırıb.
Papa danışıqları təşkil etmək üçün öz nümayəndələrini Moskva və Kiyevə göndərməyə hazır olduğunu bəyan edib.
Roma Papası yalnız dialoqun tərəflərə irəliləyiş əldə etməyə kömək edəcəyinə əmin olduğunu bildirib. Və tərəfləri danışıqlar masası arxasına oturmağa çağırıb: “Tərəflərin istəklərinə yalnız danışıqlar masası arxasında nail olmaq olar, döyüş meydanında isə qeyri-mümkündür”.

KARUSEL / DÜNYA
Tarix: 1-05-2023, 12:53