Beynəlxalq Şahmat Federasiyasının prezidenti Azərbaycana gəlir
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Azərbaycana gələcək.
Azərbaycan Şahmat Federasiyası xəbər verir ki, FIDE prezidentinin səfərində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” beynəlxalq şahmat festivalının açılış mərasimində iştirak etməkdir.
Arkadi Dvorkoviç səfər zamanı bir sıra görüşlər də keçirəcək.
KARUSEL / İDMAN
Tarix: 4-05-2023, 15:07