mobil versiya

Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İsrail şirkətləri ilə birgə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kosmik fəaliyyət haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
S. Əsədov Azərbaycanın çox yüksək ayırdetməli peyklərinin olacağını qeyd edib:
“Bu bizim təhlükəsizliyimizin və müdafiə gücümüzün artırılmasına xidmət edəcək. “Azersky 2” layihəsi üzrə ilk peyki 2025-ci ildə orbitə buraxmağı düşünürük. Böyük ehtimalla peyklərin orbitə buraxılması üçün yenə də xarici şirkətlərdən istifadə edəcəyik. Çünki hazırda Azərbaycan üçün öz peyklərini hazırlamaq çətin mövzudur.
Yaxın gələcəkdə bu mümkün görsənmir. Amma ilkin mərhələdə peyklərin hazırlanması və içinin yığılması ilə məşğul olacağıq”.
Onun sözlərinə görə, 2027-ci ildə yerli mütəxəssislər tərəfindən peyklərin hazırlanıb orbitə buraxılması nəzərdə tutulub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-05-2023, 14:38