Şəmkirdə oğurluq və dələduzluq edən şəxslər saxlanılıb

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakinləri Mahmud Nadirov, Nəriman Nadirov, Ofeylya Nadirova və Südabə Əliyeva inşaat mağazasında satıcının diqqətini yayındırmaqla elektrik naqillərini oğurlayıblar. Hazırda M. Nadirov və S. Əliyevanın yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində Şəmkir və Ağstafa rayonlarında vətəndaşlardan pul xırdalamaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Arzu Puşkaryov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
 
            KARUSEL / HADİSƏ
		
		Tarix: 12-05-2023, 08:49 