mobil versiya

Daha bir partiya fəaliyyətini dayandırdı - Bəyanat


Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. Belə ki, Elvin Mahmudzadənin sədrlik etdiyi, 1994-cü ildən fəaliyyət göstərən Vətənpərvərlər Partiyasıdır.
AzPolitika.info xəbər verir ki, partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.
Partiyanın bunubla bağlı bəyanatının mətnini olduğu kimi təqdim edirik:
"Azərbaycan Vətənpərvərlər Partiyası tarixi torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı, günahsız soydaşlarımızın öz yurdlarından didərgin salınması və vəhşicəsinə qətlə yetirilməsinə cəmiyyətimizin diqqətini daha çox cəlb etmək, vətənpərvər oğul və qızlarımızı haqq mübarizəsinə təşviq etmək niyyətilə 1994-cü ildə yaradılmışdır. 12.10.1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınan Partiya Talıbov Həsən Hamlet oğlunun sədrliyi ilə 2007-ci ilə qədər uğurla fəaliyyət göstərmişdir.
Partiyanın təsisçisi və sədri Həsən Talıbov vəfat etdikdən sonra sosial bazası zəifləyən Partiya ölkənin ictimai həyatında aktiv şəkildə təmsil oluna bilməmişdir. Buna baxmayaraq Partiyanın üzvləri və rəhbər şəxsləri davamlı şəkildə dövlətimizin inkişafına, cəmiyyətimizin rifahına töhfə verməyə çalışmış və bunun üçün əllərindən gələni əsirgəməmişlər. Vətən müharibəsində əldə olunmuş Zəfər hər bir azərbaycanlı kimi bizi də hədsiz sevindirmiş və “dəmir yumruq” ətrafında birləşdirmişdir.
Bu gün Azərbaycan Vətənpərvərlər Partiyası günün tələbləri ilə uyğunlaşmaqda çətinliklə üzləşmişdir. Bu səbəbdən Partiyamızın üzvləri Azərbaycan Vətənpərvərlər Partiyasının təşkilat kimi fəaliyyətini dayandırmasına qərar vermişdir. Biz bu qərarı ictimaiyyətə təqdim etməklə Azərbaycan Vətənpərvərlər Partiyasının rəsmi şəkildə buraxıldığını bəyan edir və üzvlərimizə saf əqidələrinə uyğun dövlətə və dövlətçiliyə xidmət etmələrini arzulayırıq."

KARUSEL / CƏMİYYƏT
Tarix: 12-05-2023, 16:49