mobil versiya

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb



Mayın 13-14 tarixlərində ölkə ərazisində qeydə alınan 135, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə DİN məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 68, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 15-05-2023, 10:26