İşğal dövründə ermənilər Azərbaycan ərazilərini dağıdıb, bütün infrastrukturu məhv edib - MM sədri
Ermənisan nümayəndə heyəti Azərbaycanda Milli Məclis və ATƏT PA tərəfindən təşkil edilən konfrans iştirakçılarını Zəngilana səfər etməməklə bağlı nümayəndə heyətlərinə məktub göndərib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda deyib.
S.Qafarova konfrans iştirakçlarına səslənərək bildirib “siz ora getsəniz ermənilərin Azərbaycan ərazilərində törətdiyi dağıntıları öz gözlərinizlə görəcəksiniz. Eyni zamanda siz Azərbaycan tərəfindən həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin şahidi olacaqsınız”.
S.Qafarova qeyd edib ki, işğal dövründə ermənilər Azərbaycan ərazilərini dağıdıb, bütün infrastrukturu məhv edib, ekoloji terror törədib, meşələrimizi, təbii qoruqlarımızı məhv edib, təbii resurslarımızı istismar edib, çayları çirkləndirib”, - deyə o əlavə edib.
Spiker vurğulayıb ki, Ermənistan BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri icra etmədi. “2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinə əsasən, beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir. Konfrans Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə baş tutur. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, ATƏT PA-nın Prezidenti xanım Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri xanım Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella və digər qonaqlar iştirak edir. Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçirilir.
KARUSEL / SİYASƏT

Tarix: 22-05-2023, 10:57