Sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunacaq? - Açıqlandı
Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, sertifikasiyada iki dəfə uğursuz olan müəllimlərin əmək müqavilələrinə xitam veriləcək.
Bəs sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunması doğru yanaşmadır mı?
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, sertifikasiyadan iki dəfə uğursuz nəticə göstərən müəllimlərin əmək müqaviləsinə xitam verilməsi doğru qərardır.
"Bütövlükdə ikinci dəfə sertikifasiyada iştiraka şərait yaradılması ədalətli yanaşmadır. Müəllim ola bilsin ki, ilk dəfə iştirak edəndə hər hansı bir problemi olsun və imtahanda aşağ nəticə əldə etsin. Lakin bir müəllim sertifikasiyada iki dəfə üst-üstə uğursuz nəticə əldə edirsə, bu o deməkdir ki, həmin müəllimin bilik və bacarığı yerində deyil. Bu gün məktəblərdə təhsilin keyfiyyətinin aşağı düşməsində başlıca faktorlardan biri müəllimlərlə bağlı olan problemlərdəndir. Hesab edirəm ki, sertifikasiyanın aparılması zəruridir. Bir müəllim öz ixtisası üzrə biliklərini təkmilləşdirmirsə, deməli o yaxşı müəllim deyil. Müəllim ilk növbədə savadlı olmalıdır", - deyə İ.Orucov bildirib.
Ekspert həmçinin əlavə edib ki, bu gün məktəblərdə çalışan müəllimlərin heç də hamısı qeyd edilən biliyə savada peşəkarlığa malik deyil.
"Ola bilər mütəxəssis olaraq savadlıdır. Lakin pedaqoji bilikləri yerində deyil. Sertifikasiyada təqdim olunan suallarda hesab edirəm ki, kifayət qədər yüngül suallardır. Bu cür sualları cavablandıra bilməyənlər necə müəllim işləyə bilər? Savadlı cəmiyyətin olmasının istəyiriksə, bu prossesə dəstək verməliyik. Ola bilsin ki, bu cəmiyyətdə hər hansı bir qıcığ yarada bilər. Lakin düşünürəm ki, üç ildən bir sertifikasiyanın tətbiqi doğru və ədalətli yanaşmadır", - deyə bildirib.(Trend)
KARUSEL / ÖLKƏ
Tarix: 22-05-2023, 17:11