mobil versiya

DİM tərəfindən may ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb



Dövlət İmtahan Mərkəzi tərəfindən may ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.
Mərkəzdən bildirilib ki, may ayında keçirilmiş imtahanlarda 90 min 706 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 2 milyon 118 min 755 olub. May ayı ərzində 4442 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 148 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 26 min 75, elektron poçt vasitəsilə 3800-dən artıq, sosial şəbəkələr vasitəsilə 4000-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 9651 olub. Abituriyent məsləhət mərkəzlərinə 1600-dən çox müraciət olub.


KARUSEL / CƏMİYYƏT
Tarix: 6-06-2023, 08:56