mobil versiya

Azərbaycandakı ən dərin zəlzələ ocaqları açıqlanıb



Dünən axşam saat 9-dan səhərə kimi Azərbaycanda 34 yeraltı təkan baş verib, amma hiss edilməyib.
"Report" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, il ərzində 7-8 min zəlzələ olur:
"Güclü zəlzələni qabaqcadan demək olmur. Azərbaycanda ən dərin zəlzələ ocaqları Xəzər dənizində və Kür çökəkliyindədir. Yerdə qalan zəlzələlər 8-10 km dərinlikdə olur. Havanın zəlzələyə heç bir aidiyyəti yoxdur".

KARUSEL / ÖLKƏ
Tarix: 6-06-2023, 13:45