Çexiya poçtu ölkənin yeni prezidentinin təsviri ilə ilk markaları satışa buraxıb

Markaların dizaynının müəllifi Petr Ştepandır. Dəstə daxil olan hər bir marka fonun rəngi ilə fərqlənir. Seçilən rənglər Çexiya mədəniyyəti və tarixi ilə bağlı olan yeri, hadisəni və ya əşyanı təcəssüm etdirir. Çexiya poçtunun mətbuat üçün məlumatında qeyd olunur ki, markalardakı rənglər Çexiya himnindən, bədii əsərlərindən və ənənəvi peşələrindən ilhamlanıb.
KARUSEL / DÜNYA
Tarix: 7-06-2023, 16:39