mobil versiya

Qarabağda işləmək üçün 500-ə yaxın xarici şirkət müraciət edib


Qarabağda biznes fəaliyyəti üçün bugünədək KOBİA-ya 1400-dən artıq müraciət daxil olub ki, onların təqribin 500-ə yaxını xarici şirkətlərin müraciətlərdir.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisində deyib.
O qeyd edib ki, Vətən Müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə və Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişaf üçün əlavə mənbələr açmış oldu:
"KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir. Bugünədək KOBİA-ya 1400-dən artıq müraciət daxil olub ki, onların təqribin 500-ə yaxını xarici şirkətlərin müraciətlərdir. Sadalanan bu rəqəmlər həm yerli, həm də xarici sahibkarların Qarabağda biznes fəaliyyətinə olan marağını göstərir. Əlbəttə ki, dövlətin tətbiq etdiyi fiskal və sosial güzəştlər fonunda sahibkarların bu sahədə fəallığı bölgənin qısa müddət ərzində bərpasına və inkişafına öz töhfəsini verəcəkdir", - o əlavə edib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-06-2023, 13:04