mobil versiya

Sağlamlığı və Mədəni Mübadiləni Təşviq Etmək üçün “Shabran Wellbeing Resort” hotelində Yoqa Tədbiri keçirilib



Hindistanın Bakıdakı Səfirliyi “Shabran Wellbeing Resort” hotelində yoqa tədbiri keçirib. “The Art of Living” təşkilatından cənab Kənan Məmmədovun rəhbərlik etdiyi yoqa sessiyası yoqanın insan bədəni və əqli üçün əhəmiyyətini vurğulayıb.

Hindistanın Azərbaycandakı Səfirliyi sağlamlığı və mədəni mübadiləni təşviq etmək məqsədilə “Shabran Wellbeing Resort” ilə birgə bu tədbiri təşkil edib. Hindistanın Azərbaycandakı Səfiri Sridharan Madhusudhanan, “Shabran Wellbeing Resort”  hotelinin Direktoru Aysel Məmmədova, “Shabran Wellbeing Resort”  hotelinin Əməliyyatlar üzrə meneceri Asif Məmmədzadə və Milli Məclisin Deputatı, Azərbaycan-Hindistan Parlament Əlaqələri üzrə İşçi Qrupunun rəhbəri cənab Naqif Həmzəyev tədbirə qatılıblar.

İştirakçılar, həmçinin tədbir zamanı Hindistanın zəngin mədəni irsini təmsil edən hind yeməklərindən dadmaq imkanı əldə ediblər.

2023-cü il Beynəlxalq Yoqa Günü (IDY2023) çərçivəsində keçirilən tədbirlərin bir hissəsi olan bu yoqa seansı yoqanın insan bədəni və əqli üçün faydalarını vurğulayıb. Uğurlu keçmiş bu tədbirdən sonra Hindistanın Bakıdakı Səfirliyi “Shabran Wellbeing Resort” ilə birlikdə sağlamlığı, birliyi və mədəni mübadiləni daha da təşviq etmək üçün analoji tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 19-06-2023, 19:27