mobil versiya

DİN-in rəis və sıravi heyətinin geyim forması ilə təmin edilməsi qaydaları təsdiqlənib



Daxili İşlər Nazirliyinin (DİN) rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydaları təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydalarının və normalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 117 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, DİN rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları:
1.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantlarına 4 (dörd) il müddətinə verilir.
2. Bayır xidmətinin əməkdaşlarına 1 (bir) il müddətinə verilir.
3. Qadınlara verilir.
4. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara əlavə qış səhra gödəkçəsi 1 ədəd 2 (iki) il müddətinə verilir.
5. Böyük və orta rəis heyətinə verilir.
6. Qadınlara yubka ilə, bayır xidmətinin əməkdaşlarına 1 (bir) il müddətinə verilir.
7. Qadınlara və bayır xidmətinin əməkdaşlarına verilir.
8. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara əlavə səhra kostyumu 1 dəst 1 (bir) il müddətinə verilir.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı, post-patrul, yol-patrul və ictimai təhlükəsizlik xidmətlərinin əməkdaşlarına verilir.
10. Motosiklet təhkim olunmuş əməkdaşlara 1 dəst yay, 1 dəst qış kostyumu verilir.
11. Motosiklet təhkim olunmuş əməkdaşlara verilir.
12. Post-patrul və yol-patrul xidmətlərinin əməkdaşlarına verilir.
13. Bayır xidmətinin əməkdaşlarına verilmir.
14. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara 1 (bir) il müddətinə verilir.
15. Qadınlara kapron corab, mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara əlavə 2 cüt isti corab verilir. 16. Bayır xidmətinin əməkdaşlarına 2 cüt verilir.
17. Əməliyyat şəraiti çətin olan dağ rayonlarının bayır xidmətinin əməkdaşlarına 1 (bir) il müddətinə verilir.
18. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara 2 cüt verilir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 21-06-2023, 16:02