Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycanda səfərdə olub

Bu barədə DSX-dən bildirilib.
Qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub, Ulu Öndərin ruhuna hörmət və ehtiramlarını bildiriblər. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad edilərək məzarları üzərinə güllər düzülüb.
Dövlət Sərhəd Xidmətinin aparatında rəsmi qarşılanma mərasimi təşkil olunub, general Quntis Puyats fəxri qarovul dəstəsinin önündən keçib, “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.
Görüşün rəsmi hissəsində Azərbaycan sərhəd mühafizəsi sisteminə dair təqdimat keçirilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması vurğulanıb, həmçinin azad edilmiş ərazilərdə dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.


Səfər müddətində nümayəndə heyəti ölkəmizin tarixi-mədəni yerləri və abidələrini də ziyarət ediblər.
KARUSEL / SİYASƏT
Tarix: 22-06-2023, 09:31