mobil versiya

Litvada NATO sammiti başlayır



Bu gün NATO Samiiti işinə başlayır. İyulun 11-12-də Litva paytaxında, Rusiya sərhədindən 300 kilometr məsafədə NATO-nun növbəti sammiti keçiriləcək. Alyans ölkələrinin liderləri bir çox vacib məsələlərlə, o cümlədən Ukrayna ilə bağlı qərar qəbul edəcəklər.
Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya nümayəndələri iştirak edəcək. Tədbirə Ukrayna Prezidenti Volodimir Zelenskinin də qatılacağı gözlənilir. Artıq ABŞ Prezidenti Cozef Bayden də NATO sammitində iştirak etmək üçün Litvaya gəlib.
İştirakçılar Ukraynaya dəstəyin artırılması, silahların modenrnləşdirilməsi, NATO-Ukrayna Şurasının yaradılması və bu ölkəyə təhlükəsizlik qarantiyasının verilməsi məsələlərini müzakirə edəcəklər. Eyni zamanda, Ukraynanın alyansa üzvlüyü ilə bağlı kursun təsdiqlənəcəyi ehtimalları yüksəkdir.
Liderlərin müdafiə xərclərinin artırılması üzrə fikir müdadiləsi aparacaqları, müdafiə məhsullarının istehsalı üzrə NATO planını təsdiqləyəcərləri də gözlənilir.
KARUSEL / DÜNYA
Tarix: 11-07-2023, 10:05