mobil versiya

5 ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 19,6 milyard dollar olub



2023-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 106 ölkəyə məhsul ixrac olunub, 175 ölkədən idxal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 602,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 12 milyard 763,6 milyon dollarını və ya 65,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 838,7 milyon dollarını (34,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5 milyard 924,9 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,2 faiz azalıb, real ifadədə isə 2,3 faiz artıb. İdxal real ifadədə 11,1 faiz artıb, ixrac isə 0,5 faiz azalıb. 2023-cü ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə 18,3 faiz artaraq 1 milyard 465,8 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 33,1 faizi İtaliya, 15,6 faizi Türkiyə, 7,8 faizi Rusiya, 4,6 faizi Çin, 3,4 faizi Almaniya, hər biri 3,1 faiz olmaqla Hindistan və Yunanıstan, 3 faizi İspaniya, 2,8 faizi İsrail, 1,8 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Gürcüstan, Türkmənistan və Rumıniya, 1,5 faizi Fransa, 1,2 faizi İrlandiya, 0,9 faizi İran, hər biri 0,8 faiz olmaqla Qazaxıstan, ABŞ və Avstriya, 10,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. İxracın 46 faizini İtaliyaya, 16,2 faizini Türkiyəyə, 4,3 faizini Yunanıstana, 4 faizini İspaniyaya, 3,9 faizini İsrailə, 3,8 faizini Hindistana, 2,9 faizini Rusiyaya, 2,4 faizini Çexiyaya, 2,3 faizini Almaniyaya, hər biri 2,2 faiz olmaqla Gürcüstan və Rumıniyaya, 1,6 faizini İrlandiyaya, 0,9 faizini Avstriyaya, 0,8 faizini Bolqarıstana, 0,7 faizini Xorvatiyaya, 0,6 faizini İndoneziyaya, hər biri 0,5 faiz olmaqla Sinqapur, Vyetnam və Fransaya, 3,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (31,7 faiz), Rusiyaya (27,6 faiz), Gürcüstana (11 faiz), İsveçrəyə (3,6 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,2 faiz), İtaliyaya (1,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,4 faiz), Özbəkistana (1,3 faiz), Belçikaya (1,3 faiz), Rumıniyaya (1,2 faiz), Çinə (1,1 faiz), Almaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,3 faizi Rusiya, 14,7 faizi Çin, 14,1 faizi Türkiyə, 6 faizi Almaniya, 5,2 faizi Türkmənistan, 3,9 faizi Fransa, 3 faizi İran, 2,8 faizi ABŞ, 2,6 faizi İtaliya, 2,3 faizi Yaponiya, 2,2 faizi Koreya, 2,1 faizi Qazaxıstan, 1,9 faizi Belarus, 1,7 faizi Birləşmiş Krallıq, 1,5 faizi Ukrayna, 1,3 faizi Hindistan, 1,1 faizi Braziliya, 1,0 faizi Polşa, 13,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-07-2023, 16:03