mobil versiya

Türkiyə ilə Qətər arasında diplomatik əlaqələrin 50-ci ildönümü ilə bağlı bəyanat imzalanıb



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətər Dövlətinə rəsmi səfəri çərçivəsində iki ölkə arasında diplomatik əlaqələrin 50-ci ildönümü ilə bağlı birgə bəyanat imzalanıb.
“TRT Haber” xəbər verir ki, bəyanatda iki qardaş ölkənin və xalqın mənafeyinə xidmət edəcək iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi qeyd olunub. Vurğulanıb ki, Türkiyə-Qətər münasibətləri qardaşlıq və həmrəylik ruhunda siyasi və ictimai təməllər üzərində qurulmuş tarixi əlaqələri əks etdirir, çünki iki ölkə tarixlərinin bir çox mühüm dönüş nöqtələrində bir-birinə dəstək göstərib və həmrəylik nümayiş etdirib.
Bəyanatı Türkiyənin və Qətərin xarici işlər nazirləri imzalayıblar.
KARUSEL / DÜNYA
Tarix: 19-07-2023, 08:55