Moldova Rusiya səfirliyinin heyətini azaldır
Moldovanın hakimiyyət orqanları Rusiya səfirliyinin əməkdaşlarının sayını məhdudlaşdırmaq qərarına gəlib.
Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku bu barədə hökumətin iclasında çıxışı zamanı deyib.
“Moldovada akkreditə olunan rusiyalı diplomatların sayının məhdudlaşdırılmasının vacibliyi ilə bağlı müvafiq qurumlar və siyasi qərar qəbul edən şəxslərlə ortaq fikrə gəldik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, buna diplomatik missiyanın əməkdaşlarının bir hissəsinin ölkədə sabitliyin pozulmasında iştirakına dair şübhələr səbəb olub.
KARUSEL / DÜNYA
Tarix: 26-07-2023, 13:23